Rusiya Ukraynanın raket atəşinə tutulmasına belə haqq qazandırdıbackend

Rusiya Ukraynanın raket atəşinə tutulmasına belə haqq qazandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanın kütləvi raket atəşinə tutulmasına haqq qazandıraraq, bunu “Qərb silahlarının toplanmasına” cavab adlandırıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. O, həmçinin NATO ölkələrini “Rusiya ilə proksi müharibə aparmaqda” ittiham edib. Nebenzya əmin edib ki, Rusiya zərbələrinin hədəfləri ona görə “energetika və digər infrastruktur obyektləri” olub ki, bunlardan “Ukrayna bölmələrinin silahla, ilk növbədə Qərb, Ukrayna silahlı birləşmələrini maddi-texniki təchizat və rabitə ilə təminatı üçün hərbi təchizat” üçün istifadə olunur.

Diplomat əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədlərindən biri “Rusiyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıtmaqdır”.

//Samir Qurbanov,Editor.az