Rusiya və Çin hərbi gəmiləri Yapon dənizində təlimə başlayıbbackend

Rusiya və Çin hərbi gəmiləri Yapon dənizində təlimə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vostok-2022 təliminə qatılan Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin hərbi hissələri Yaponiya dənizinin şimalında bir araya gəlib. Gəmi heyətləri bir-birlərini mərasimlə salamlayıblar”. Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya və Çin gəmilərinin təlim çərçivəsində vəzifələrini yerinə yetirməyə başladığı bildirilib.

Rusiyada başlayan “Vostok-2022” təlimində Rusiya, Çin, Hindistan və Azərbaycan da daxil olmaqla ,14 ölkədən əsgər və hərbi müşahidəçilər iştirak edir.

Rusiyanın 7 poliqonunda, Oxot dənizi sularında keçirilən təlimə 50 mindən çox əsgər və 140 təyyarə və 60 döyüş gəmisi də daxil olmaqla 5 mindən çox silah və hərbi texnika cəlb olunub.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi ilə təşkil olunan təlim sentyabrın 7-dək davam edəcək.
 
//Safura Bənnayeva, Editor.az