Rusiyada partlayışlar seriyası davam edir: bu dəfə Rostov vilayətindəki neft zavodu vuruldubackend

Rusiyada partlayışlar seriyası davam edir: bu dəfə Rostov vilayətindəki neft zavodu vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev gecə vaxtı pilotsuz təyyarə ilə Novoşaxtinski neft zavoduna hücum edildiyini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə o, Telegram-da məlumat verib. Rusiya qubernatorunun sözlərinə görə, “Gecə Krasnosulinski rayonunun Kiselevka kəndi yaxınlığında, Novoşaxtinsk neft məhsulları zavodunda pilotsuz uçuş aparatı zavodun tikilməkdə olan sexlərarası estakadanın konstruksiyalarına çırpılıb və partlayıb.

Partlayış nəticəsində baş verdiyi ehtimal edilən yanğın yanğınsöndürənlərin iştirakı olmadan söndürülüb. Rusiya rəsmisinin sözlərinə görə, tələfat və xəsarət alan yoxdur, tikililərə dəymiş ziyan isə cüzidir.

  //Samir Qurbanov,Editor.az