Rusiyadan Ukraynanın qonşularına təhdid: “Müharibə üçün əsas sayılacaq”backend

Rusiyadan Ukraynanın qonşularına təhdid: “Müharibə üçün əsas sayılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin 11-ci günündə rəsmi Moskva Ukraynaya qonşu olan ölkələrə açıq təhdid sayılacaq açıqlama ilə çıxış edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bəyan edib ki, Ukrayna hərbi təyyarələrinin sərhədyanı ölkələrdəki hava limanlarından istifadə etməsi bu ölkələrin silahlı münaqişəyə daxil olması kimi qiymətləndiriləcək.

Konaşenkov açıqlamasında Rusiya ordusunun Ukraynadakı müdafiə obyektlərini yüksək dəqiqlikli silahlarla vurmağa davam edəcəyini bildirib.

//Editor.az