Rusiyalı deputatlar Ukraynaya qarşı döyüşmək istəyən cinayətkarları cəza çəkməkdən azad etməyi təklif ediblərbackend

Rusiyalı deputatlar Ukraynaya qarşı döyüşmək istəyən cinayətkarları cəza çəkməkdən azad etməyi təklif ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada deputatlar Ukraynaya qarşı döyüşmək istəyən cinayətkarları cinayət cəzasından azad etməyi təklif ediblər. İddialara görə, bu yolla məhbuslar “cəmiyyət qarşısında vətəndaş təqsirini yumuş olacaqlar”.

Editor.az bildirir ki, Rusiya mətbuatı xəbər verib. Xəbərə görə, belə bir təşəbbüslə Çelyabinsk vilayətinin Qanunvericilik Məclisinin deputatları çıxış ediblər. Onlar Dövlət Dumasına Cinayət Məcəlləsinə dəyişiklik etməyi və Ukraynada döyüşməyə hazır olan cinayətkarları cinayət məsuliyyətindən azad etməyi təklif ediblər:

“Hazırda cinayət törətmiş vətəndaşlar artıq Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmətə cəlb olunurlar. Beləliklə, dövlət vətəndaşın hərbi birləşmələrdə könüllü hərbi xidmət keçməklə cəmiyyət və dövlət qarşısındakı günahını aradan qaldırmaq imkanını tanıyır”, – bəyanatda deyilir.

  //Samir Qurbanov,Editor.az