Rusiyanın Helsinkidəki səfirliyi: Rusiya ilə Finlandiya arasında ikitərəfli əməkdaşlığın əsasları məhv edilibbackend

Rusiyanın Helsinkidəki səfirliyi: Rusiya ilə Finlandiya arasında ikitərəfli əməkdaşlığın əsasları məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Finlandiya arasında ikitərəfli əməkdaşlığın əsasları Fin tərəfinin təqsiri üzündən tamamilə məhv edilib.

Editor.az bildirir ki, bu barədə Rusiyanın Helsinkidəki diplomatik missiyasından bildiriblər. Missiyanın fikrincə, Finlandiyanın NATO-ya daxil olması “ölkələrimiz arasında münasibətlərdə yeni siyasi reallıqlar” yaradıb. “Helsinki alyansa qoşulandan sonra bir vaxtlar ölkələrimiz arasında mövcud olan sıx və qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın əsasları Finlandiya tərəfinindən demək olar ki, tamamilə məhv edilib.

Ticarət və iqtisadi əlaqələr hələ 2022-ci ildə Finlandiya rəhbərliyinin Rusiya ilə biznesi mümkün qədər çətinləşdirən, o cümlədən Aİ-nin qeyri-legitim sanksiyalarına qoşulması nəticəsində minimuma endirilib”, – diplomatik nümayəndəlik qeyd edib. Rosstatın məlumatına görə, 2021-ci ildə Rusiya ilə Finlandiya arasında xarici ticarət dövriyyəsi 13 milyard dollardan çox olub.

Rusiyanın Helsinkidəki ticarət nümayəndəsi Anton Loginov bu rəqəmin 2023-cü ilin sonuna qədər 4,9 milyard dollara düşə biləcəyini proqnozlaşdırıb. Finlandiya, müvafiq ərizənin verilməsindən təxminən bir il sonra, aprelin 4-də rəsmi olaraq NATO-ya qoşulub. Bununla da Şimali Avropa regionunda vəziyyət “köklü şəkildə dəyişəcək”. Nazirlik bildirib ki, Rusiyanın bu istiqamətdə gələcək fəaliyyəti digər məsələlərlə yanaşı, ölkə ərazisində “NATO-nun hərbi infrastrukturunun” yerləşdirilməsindən də asılı olacaq.

//Samir Qurbanov,Editor.az