Rusiyaya qarşı hava qalxanı: 15 ölkə birlikdə hərəkətə keçdibackend

Rusiyaya qarşı hava qalxanı: 15 ölkə birlikdə hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 NATO üzvü ölkə və Finlandiya Avropanın hava hücumundan müdafiə imkanlarını artırmağı hədəfləyən “Avropa Hava Qalxanı Təşəbbüsü” haqqında razılığa gəlib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində bir araya gələn 14 üzv ölkənin nazirləri və Finlandiyanın müdafiə naziri Antti Kaikkonen “Avropa Hava Qalxanı Təşəbbüsü”nün inkişafı üçün  bəyannamə imzalayıb.

Almaniyanın rəhbərliyi ilə irəli sürülən təşəbbüs iştirakçı ölkələrin birgə hava hücumundan müdafiə vasitələri və raketləri almaqla Avropada hava və raketdən müdafiə sistemi yaratmaq məqsədi daşıyır.

Mövzu ilə bağlı açıqlama verən NATO baş katibinin müavini bildirib ki, Rusiyanın dinc sakinləri öldürdüyü və vacib infrastrukturu məhv etdiyi Ukraynada  raket hücumlarının şahidi olduğu üçün bu öhdəlik bu gün daha da vacibdir.

İştirakçı ölkələrə ümumi hava hücumundan müdafiə sistemi yaratmağa imkan verən təşəbbüsdə Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Almaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Slovakiya, Sloveniya, Rumıniya və Böyük Britaniya iştirak edir.

//Safura Bənnayeva, Editor.az