Rusların 76 % Ukraynaya qarşı müharibəni dəstəkləyirbackend

Rusların 76 % Ukraynaya qarşı müharibəni dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayının sonuna (2022-ci il) olan məlumata görə, rusların 76%-i Ukraynaya qarşı aparılan müharibəni dəstəkləyir.

Editor.az xəbər verir ki, bunu Levada Mərkəzinin 25-31 avqust tarixlərində keçirdiyi sorğunun nəticələri göstərir. Beləliklə, Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı apardığı müharibəyə dəstək səviyyəsi yay aylarında dəyişməyib. Belə ki, 46% Rusiya vətəndaşı bu hərəkətləri “sədəcə dəstəkləyir”, digər 30% isə “daha çox dəstəkləyir. Dəstəkləməyən respondentləri 17% təşkil edir. Sorğunun nəticələrinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə ən çox dəstək yaşlı yaş qrupu arasında müşahidə olunur – 85%. Rusların təxminən yarısı (48%) hesab edir ki, döyüşləri davam etdirmək lazımdır, bir qədər az hissə (44%) isə sülh danışıqlarının tərəfdarıdır.

Respondentlərin üçdə biri hesab edir ki, Ukraynada dinc əhalinin ölümünə və dağıntılara görə adi vətəndaşlar da mənəvi məsuliyyət daşıyırlar. 10% “əlbəttə ki, daşıyır”, 23% – “müəyyən dərəcədə daşıyır” cavabını veriblər. Respondentlərin 60%-i əks mövqedədir. May ayından sonra bu məsələdə ciddi dəyişiklik olmayıb. Levada Mərkəzinin sorğusu 25-31 avqust 2022-ci il tarixlərində 18 və daha yuxarı yaşda olan 1612 nəfər arasında keçirilib. Tədqiqat respondentin evində şəxsi müsahibə yolu ilə aparılıb. Cavabların bölgüsü əvvəlki sorğuların məlumatları ilə birlikdə respondentlərin ümumi sayının faizi kimi verilir.

//Samir,Editor.az