Rüşvətxorluğun artmasına özümüz şərait yaradırıq: “Bizdən pul tələb edən müəllimə, direktora…”backend

Rüşvətxorluğun artmasına özümüz şərait yaradırıq: “Bizdən pul tələb edən müəllimə, direktora…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsil sahəsində son zamanlar müəyyən dəyişikliklər ve yeniliklər olur ki, bu dəyişikliklər müəyyən qədər özünü doğrultmağa başlayıb. Ancaq təəssüf ki, bəzi problemlər var ki, illər keçsə də heç bir müsbət dəyişiklik olmur”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Təhsil eksperti təhsil sahəsində korrupsiya hallarının artmasını diqqətə çəkib:

“Məktəblərdə baş alıb gedən rüşvətxorluğun adını Valideyn-Müəllim Assosiyasiyası qoyurlar, ancaq əsas məqsəd müəyyən adlarla valideynlərdən pulların yığılmasıdır. Təəssüf ki bu, bir dəfəyə aid edilmir, bütün bayramlarda kifayət qədər yüksək məbləğlər yığılır və ya məktəbin, sinifin nəyə ehtiyaci olsa həmin Assosiyasının rəhbəri olan valideyn digər valideynlərdən müəyyən məbləğdə pul tələb edir. Bu zaman hansısa valideyn narazılığını bildirsə, demək olar ki, həmin valideyni sıxışdırmağa başlayırlar. Bəli, bunu biz özümüz edirik. Bizdən pul istəyən müəllimə, direktora irad bildirmək əvəzinə ,onların istəyinə uyğun hərəkət edirik. Valideyn komitəsi məktəbə müəyyən qədər yardım edə bilər, ancaq bu könüllü şəkildə olmalıdır”.

//Gülnarə Abasova, Editor.az