Savik Şuster: Onlar Nürnberqdə oturmalıdırlar “Qana bulaşmışlar”backend

Savik Şuster: Onlar Nürnberqdə oturmalıdırlar “Qana bulaşmışlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya oğurlanmış hər şeyi geri verərək, təzminat ödəyərək” idarə etməyə davam edə bilərlər.

Editor.az bildirir ki, bu sözləri teleaparıcı Savik Şuster GORDON nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində ABŞ hakimiyyəti ilə Rusiya prezidenti Vladimir Putinin mümkün varisi arasında “təhlükəsizlik zəmanəti” almaq üçün razılaşmaların mümkünlüyünü qiymətləndirərkən deyib.

“Bir tərəfdən, bu məntiqli ola bilər, çünki ABŞ hökuməti və xalqı, əlbəttə ki, nüvə münaqişəsini istəmir. Bu, nüvə bombasından yaxşıdır. Lakin hansısa patruşevlərin, kirienkoların Vaşinqtona gəlməsi, onlarla əl sıxmalar, ünsiyyət… Mən buna inanmıram ” – Şuster deyib. O qeyd edib ki, İkinci Dünya Müharibəsi zamanı hətta Adolf Hitlerin müttəfiqi Henrix Himmler də separat danışıqlar aparıb.

“Əgər Amerika Birləşmiş Ştatları Rusiya nefti əvəzinə neft tədarükü naminə Venesuela ilə münasibətləri yaxşılaşdırmağa hazırdırsa və ya İrana neft müqabilndə nəyisə bağışlamağı hazırdırsa, deməli, dünyada heç bir dəyər və prinsip yoxdur. ABŞ prezidenti Co Baydenin BMT-dəki son çıxışına əsasən, mən nədənsə onun bu cür kompromislərə gedəcəyinə inanmıram”, – Şuster izah edib. O, hesab edir ki, “Ukraynada baş verənlərin günahkarları buna görə kollektiv məsuliyyət daşımalıdırlar, ən azı yuxarılar. “Onlar Nürnberqdə oturmalıdırlar, Ağ Evdə əl sıxmamalıdırlar. Bütün dünya onların nə etdiklərini bilməlidir. Bu, ən vacib şeydir: oturub mühakimə olunsunlar”, – Şuster deyib.

  //Samir,Editor.az