Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıbbackend

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.