Sunday Times: Vladimir Putin Cənubi Afrika Respublikasına gələrsə, həps olunacaqbackend

Sunday Times: Vladimir Putin Cənubi Afrika Respublikasına gələrsə, həps olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika hakimiyyəti Rusiya prezidenti Vladimir Putindən Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitinə gəlməməyi, videobağlantı vasitəsilə iştirak etməyi xahiş edib.

Editor.az bildirir ki, “Sunday Times”ın Cənubi Afrika rəsmilərinə istinadən verdiyi məlumata görə, Cənubi Afrika ölkəsiən gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən Putin həbs edilməlidir.

“Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, onu həbs etməli olacağıq”, – deyə rəsmi bildirib. Nəşr qeyd edir ki, ötən həftə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa ölkənin vitse-prezidentinin rəhbərlik etdiyi xüsusi hökumət komitəsi yaradıb və bu komitə Putinin həbsi üçün orderin verilməsi ilə bağlı mümkün variantları öyrənir. Komitə videobağlantı vasitəsilə Putinin BRİKS sammitində iştirakından başqa variant tapa bilmir.

“Bizim yeganə seçimimiz Moskvadan Teams və ya Zoom vasitəsilə əlaqə yaratmaqdır”, – hökumət rəsmisi deyib. İndi Cənubi Afrika Respublikası Rusiya rəhbərliyi ilə bu barədə danışıqlar aparır. Nəşr yazır ki, Cənubi Afrika Respublikası Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və ya onun Ukraynaya təcavüzünü pisləməkdən imtina edib. Bununla belə, Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla deportasiyası ittihamı ilə Putin haqqında həbs qərarı çıxarması Cənubi Afrikanın hakim partiyasını çətin vəziyyətə salıb.

Cənubi Afrika Respublikası Roma Statutunu imzalayan ölkələr sırasındadır ki, bu da onu BCC-nin qərarlarına əməl etməyə borcludur. Sərəncamın verilməsindən sonra Cənubi Afrika Putini həbs etmək öhdəliyi ilə bağlı hüquqi məsləhət istəyib.

  //Samir Qurbanov,Editor.az