Ukrayna ombudsmanı: Rusiya vətəndaşlığından imtina etməyinbackend

Ukrayna ombudsmanı: Rusiya vətəndaşlığından imtina etməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ombudsmanı Dmitri Lubinets hesab edir ki, Rusiyanın nəzarətində olan ərazilərdə ukraynalılar Rusiya vətəndaşlığından imtina etməməlidirlər.

Editor.az bildirir ki, o, bu fikri Vladimir Putinin ilhaq edilmiş rayonların sakinlərinin hüquqi statusunun xüsusiyyətləri və digər məsələlərlə yanaşı, onların Rusiyadan deportasiyasına icazə verən fərmanını şərh edərkən deyib. Lubinetsin sözlərinə görə, bu fərman “məcburi pasportlaşdırmanın qanuniləşdirilməsinə yönəlib”.

Onun fikrincə, Rusiya pasportundan imtina edən bütün Ukrayna vətəndaşları “sadəcə həbs olunacaqlar”. O, əmindir ki, “bu mülki girovların ayrıca kateqoriyası olacaq”. Bu mənada, yaşamaq naminə Rusiya pasportunu almaq lazımdır. Bu ən vacibdir. Ombudsmanın sözlərinə görə, Rusiya pasportunu alıb orada yaşamaq və bu ərazilərin azad edilməsini gözləmək lazımdır. Ya da ki, özünüz qərar qəbul edib başqa ölkələrin ərazisindən keçməklə oranı tərk edin. Biz başa düşürük ki, indi bu, artıq “sağ qalmaq” məsələsinə çevrilib”, – Ombudsman izah edib.

  //Samir Qurbanov,Editor.az