Ukrayna-Polşa sərhədində vəziyyət niyə gərginləşir? – VİDEObackend

Ukrayna-Polşa sərhədində vəziyyət niyə gərginləşir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Ukraynanın Dnepropetrovsk, Nikolayev, Xarkov, Xerson, Donetsk vilayətləri çox güclü hava hücumuna məruz qalıb:

“Donetsk və Xersonda qarşılıqlı döyüşlər daha da şiddətlənib. Nikolayev vilayətində hətta Ukraynaya səfər etmiş Almaniyanın xarici işlər naziri Annalena Berbokun olduğu ərazi dron hücumlarına məruz qalıb. Onu sığınacağa təxliyə ediblər”.

Qeyd edilib ki, Polşa ilə sərhəddə də vəziyyət olduqca gərginləşib:

“Hər gün Ukrayna vaqonları darmadağın edilir, taxıllar yerə tökülür. Bu, polşalı fermerlərin etirazı ilə bağlıdır. Onlar bildirirlər ki, Avropa İttifaqının Ukrayna taxılına tətbiq etdiyi güzəşt olmamalıdır. Çünki güzəşt edildiyi təqdirdə Polşa təsərrüfatı daha çox zərər görəcək”.

Ətraflı süjetdə: