Ukrayna prezidentinin Krım MR-dakı daimi nümayəndəsi ruslara müraciət etdibackend

Ukrayna prezidentinin Krım MR-dakı daimi nümayəndəsi ruslara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altındakı Krımda olan ruslar tezliklə Rusiyaya qayıtmalıdır.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva sentyabrın 7-də keçirdiyi brifinqdə deyib. “Ukraynaya qeyri-qanuni gəlmiş və işğal olunmuş Krımda olan Rusiya vətəndaşlarına ayrıca müraciət edirik. Bəli, Krımda isti və çox səmimi ortam var. Amma indi sizdən xahiş edirik ki, Tümen, Elista, Saransk, İrkutsk və ya hər şəhərlərdəki gedin”.

Taşeva işğal olunmuş Krımdakı ukraynalılara da müraciət edərək, onları əsas təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə və hərbi obyektlərdən mümkün qədər uzaq olmağa çağırıb. O vurğulayıb ki, Rusiya Federasiyası və üçüncü dövlətlər ərazisi vasitəsilə Krımdan çıxmaq inzibati xəta sayılmayacaq, çünki bu, son dərəcə zəruri şəraitində edilib. “Krım tatarları arasında olan kiçik bir qrup insanların nümayəndələrinə – satkinlara d a ayrıca sözüm var: siz Ukrayna qanunvericiliyinə uyğun cavab verəcəksiniz, amma əsas odur ki, həmin cavab artıq krımlıların özləri tərəfindən verilib” – Taşeva deyib.

  //Samir,Editor.az