Ukrayna qoşunların ölkənin mərkəzi vilayətlərindən Zaporojyeyə köçürülməsini başa çatdırıbbackend

Ukrayna qoşunların ölkənin mərkəzi vilayətlərindən Zaporojyeyə köçürülməsini başa çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti ölkənin mərkəzi rayonlarından Zaporojye vilayətinin onların nəzarətində olan hissəsinə qoşunların köçürülməsini başa çatdırıb.

Editor.az bildirir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov deyib. Onun sözlərinə göə, hər üç briqada Zaporojye istiqamətində yerləşdirilib. Bundan başqa, 46-cı Hava Desant Hücum Briqadasının döyüş sursatı və texnikası da Pavloqraddadır”, – Roqov bildirib.

Onun sözlərinə görə, həftənin sonunadək 116 və 118-ci ərazi müdafiə briqadaları və 46-cı hava hücumu briqadaları cəbhə xəttinə çatdırılmalıdır. Daha əvvəl “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri bildirmişdi ki, Pavloqradda anbarların itirilməsi səbəbindən Ukrayna Silahlı Qüvvələrinin üç briqadası daha aktiv döyüş əməliyyatlarına başlaya bilməyəcək. Anbarlar Rusiya hərbi qüvvələrinin zərbələri nəticəsində məhv edilib.

  //Samir Qurbanov,Editor.az