Ukrayna Rusiyanın silah- sursat anbarını vurubbackend

Ukrayna Rusiyanın silah- sursat anbarını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod şəhərində Ukrayna ordusunun raket hücumu nəticəsində silah-sursat anbarı vurulub.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları hələ də davam edir. Bu hücumlardan sonra bölgədəki yerli sakinlər təxliyə edilib.

Silah-sursat anbarına edilən hücumda can itkisinin olmadığını qeyd edən Qladkov yanğına Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları tərəfindən müdaxilə edildiyini bildirdi. Onu da qeyd edək ki, eyni gündə Belqorodda bir mənzilə də raket düşüb.

Qladkov  raketin Belqorod şəhərində 12 mərtəbəli yaşayış binasına düşdüyünü və hücumda ölən və yaralanan olmadığını vurğulayıb.

//Safura Bənnayeva, Editor.az