Valeri Zalujnı həbs edilib – Rusiya KİV-ibackend

Valeri Zalujnı həbs edilib – Rusiya KİV-i

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Teleqram kanalları Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını güclü təhlükəsizlik altında saxlamağı əmr etdiyinə dair saxta məlumat yayır.

Editor.az bildirir ki, bu barədə Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi (Spravdi) xəbərdarlıq edib: “Zelenski [iddialara görə] siyasi rəqabətə görə həbs edilməsini əmr edib”, – mərkəz qeyd edib. “Spravdi” vurğulayıb ki, rusların yaydığı məlumat həqiqətə uyğun deyil: “Bu saxta təbliğat artıq 2023-cü ildən yayılır. Sonra yazmışdılar ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zalujnı və [o vaxtkı] Quru Qoşunlarının komandanı [Aleksandr] Sırski Zelenski ilə fikir ayrılığına görə həbs ediliblər”, – mesajda deyilir.

“Spravdi” Rusiyanın keçmiş baş komandanın istefa verdiyi tarixdən sonra onun taleyi ilə bağlı heç nə məlum olmadığına dair bəyanatlarını da təkzib edib və xatırladıb ki, martda Zelenskinin Zalujnını gələcəkdə Ukraynanın Böyük Britaniyaya səfiri təyin edəcəyini elan edib.

//Samir Qurbanov, Editor.az