Vladimir Putin 2 milyonluq ordu qurmaq barədə fərman imzaladıbackend

Vladimir Putin 2 milyonluq ordu qurmaq barədə fərman imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayının 137 min nəfər artırılaraq 2,04 milyon nəfərə çatdırılması barədə fərman imzalayıb.

Bu barədə Editor.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat vahidi 2.039.758 nəfər, o cümlədən 1.150.628 hərbi qulluqçu sayında müəyyənləşdirilsin”,-deyə, fərmanda qeyd olunur

Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Qeyd edək ki, 17 noyabr 2017-ci il tarixli fərmana əsasən, Rusiya qoşunlarının sayı 1 milyon 902 min 758 əsgər və zabit, o cümlədən 1 milyon 13 min 628 nəfər hərb qulluqçudan ibarət olub.

 //Samir, Editor.az