Volodimir Zelenski: Makron həmişə deyir ki, “mənə WhatsApp-da zəng elə”backend

Volodimir Zelenski: Makron həmişə deyir ki, “mənə WhatsApp-da zəng elə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderləri, xüsusilə də Fransa prezidenti Emmanuel Makronla isti münasibətlərdən danışıb.

Editor.az bildirir ki, bu barədə Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində deyib. O bildirib ki, fransalı həmkarı ona WhatsApp-da zəng etməyi xahiş edib. Cənab Zelenski həmçinin “iPhone diplomatiyası”nın ortaya çıxdığını elan etdi. Onunla bütün vacib məsələlər – ikitərəfli görüşlər, hərbi təchizat haqqında – mümkün qədər tez müzakirə oluna bilir. “Həqiqətən də Boris Conson (Böyük Britaniyanın keçmiş baş naziri), Anjey Duda (Polşa prezidenti), Latviya və Litva ilə yaxın münasibətlərim olub. Latviya və Litva mənim zəng edə bildiyim ölkələrdir. Emmanuel Makron həmişə mənə deyir: “Mənə WhatsApp-la zəng elə”.

Biz adlarını çəkdiyim bu prezidentlərlə həqiqətən də protokol üzrə deyil, çox tez danışırıq”, – Zelenski deyib. O, həm ABŞ prezidenti Co Bayden, həm də Almaniya kansleri Olaf Şolsla diplomatik əlaqələr saxladığını da xatırladıb. Ukrayna prezidenti bildirib ki, Rusiyanın Ukraynanın infrastrukturuna son zərbələrindən sonra ona ilk zəng edənlər Olaf Şols, Anjey Duda və Emmanuel Makron olub. Fevralın 24-də Co Bayden Volodimir Zelenskiyə zəng edən ilk dünya liderindən oldu. Qeyd edək ki, Fransa prezidenti sonuncu dəfə ukraynalı həmkarına oktyabrın 10-da zəng edib.

Onlar Ukraynanın enerji infrastrukturunun ən azı 30%-ni zədələyən Rusiyanın raket zərbələrini müzakirə ediblər. Telegram-ın yaradıcısı Pavel Durov bir gün əvvəl WhatsApp-ın təhlükəsizlik problemlərindən danışıb. O hesab edir ki, WhatsApp təqib vasitəsi olduğu üçün ondan “uzaq durmaq” lazımdır.

  //Samir,Editor.az