Xaçmazda mikroavtobus körpüdən aşdı: Xəsarət alan var – FOTObackend

Xaçmazda mikroavtobus körpüdən aşdı: Xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda “Ford” markalı mikroavtobus körpüdən aşıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus Qusarçay çayının üzərindəki körpüdən aşıb.

Qəza zamanı xəsarət alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.