Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlanıbbackend

Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.