Xarkov işıq, su və istiliksiz qalıb
Rusiyanın gecə raket hücumu səbəbindən Xarkovda işıq, su və istilik kəsilib.
Editor.az bildirir ki, bu barədə informasiya telemarafonunun efirində Xarkov meri İqor Terekov danışıb. Onun sözlərinə görə, Xarkova 11 raket atılıb və nəticədə istilik elektrik stansiyası və transformator yarımstansiyaları zədələnib. İndi bütün şəhərdə elektrik yoxdur.
Ona görə də kritik infrastruktur obyektləri, tibb müəssisələri generatorlara keçib. Şəhərin elektrik nəqliyyatı, metrosu dayanıb. Biz onları avtobuslarla əvəz etmişik. Şəhər merinin sözlərinə görə, indi şəhərdə istilik və su təchizatı yoxdur. Ticarət mərkəzlərinə, mağazalara, apteklərə gəlincə, onlar generatorlara keçiblər. Eyni şey yanacaqdoldurma məntəqələrinə də aiddir, – mer bildirib.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!