“XİN rəhbərlərinin ABŞ-da baş tutan görüşündən sonra…”- Millət vəkili ŞƏRH EDİRbackend

“XİN rəhbərlərinin ABŞ-da baş tutan görüşündən sonra…”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan rəsmi Vaşinqtonun İrəvan və Bakıya ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim etdiyini bildirib.

Derek Hoqan həmçinin vurğulayıb ki, Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-də keçirilən görüşdə iki tərəf arasında qarşılıqlı, intensiv diplomatik fəaliyyət baş tutub.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında ABŞ-ın Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olduğunu deyib:

” Ona görə də Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ-a dəvət olundu və mübahisəli məsələlərin 4 gündə müzakirə edilməsinə şərait yaradıldı. ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini  ölkələrin suverən ərazilərinin bütövlüyü çərçivəsində dəstəkləyir. Azərbaycanın sülh müqaviləsinin bağlanması üçün Ermənistana təqdim etdiyi 5 baza prinsipi də BMT nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğundur. Ona görə də burada dərin müzakirə olunacaq bir məsələ də yoxdur. Əsas məsələ Ermənistanın normallaşma prosesinə konstruktiv yanaşmasından asılıdır. XİN rəhbərlərin ABŞ-da baş tutan görüşdən sonra ölkələrarası münasibətlərin normallaşması prosesində bir canlanma baş verdi. Ondan sonra Brüssel və Moskva görüşləri də baş tutdu. Keçirilən bütün görüşlərdə əsas müzakirə ölkələrin ərazi bütövlüklərinin qarşılıqlı tanınması, sərhədlərin delimitasiya-demmarkasiyasının aparılması və kommunikasiyaların açılması ətrafında aparılır. Bütün bu proseslər ölkələri sülhə bir az da yaxınlaşdırır”.

//Gülnarə Abasova, Editor.az