Zaqatalada keçmiş məhkumdan iki kiloqramdan artıq narkotik vasitə götürülübbackend

Zaqatalada keçmiş məhkumdan iki kiloqramdan artıq narkotik vasitə götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Kəbəloba kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Aftandil Ramazanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman iki kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.