Zelenski: Makron məndən “WhatsApp” da zəng etməyi xahiş etdibackend

Zelenski: Makron məndən “WhatsApp” da zəng etməyi xahiş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa lideri Emmanuel Makron və Avropa liderləri ilə isti münasibətləri olduğunu deyən Ukrayna prezidenti Vladimir Zelenski Makronun ondan WhatsApp vasitəsilə zəng etməsini xahiş etdiyini bildirib.

Editor.az xəbər verir ki, Almaniyanın ZDF televiziyasına açıqlamasında Zelenski deyib ki, onun (keçmiş Britaniya baş naziri) Boris Conson, (Polşa prezidenti) Anjey Duda ilə həqiqətən də yaxın münasibətləri var və Latviya, Litva istənilən vaxt zəng edə biləcəyi ölkələrdir.

ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolzla diplomatik əlaqələrin davam etdiyini xatırladan Zelenski Rusiyanın Ukraynadakı infrastruktur obyektlərinə son hücumlardan sonra ilk olaraq Şolz, Duda və Makronun ona zəng etdiyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az