Zelenski “yaxşı xəbəri” açıqladı: Ruslardan geri aldıq!backend

Zelenski “yaxşı xəbəri” açıqladı: Ruslardan geri aldıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı gözlənilən açıqlama Zelenskidən gəldi. Ukrayna lideri bəzi yaşayış məntəqələrinin Rusiyadan geri alındığını açıqlayıb və ordunu təbrik edib. Lakin Zelenski geri alınan yaşayış məntəqələrinin hansı bölgədə yerləşdiyini açıqlamayıb.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ rəsmiləri Ukraynanın “yavaş, lakin əhəmiyyətli” irəliləyiş əldə etdiyini bildiriblər. Son günlər Ukrayna hökuməti davam edən və planlaşdırılan əməliyyatlarla bağlı məxfiliyi artırıb və ölkənin cənub və şərqində Rusiyanın nəzarətində olan ərazilərə qarşı gözlənilən əməliyyatlar barədə demək olar ki, heç bir məlumat paylaşmayıb.

Zelenski gələn ilin dövlət büdcəsinin müharibə büdcəsi olacağını, müdafiəyə 27 milyard dollar ayrılacağını, dövlətin isə pensiya kimi sosial öhdəliklərini yerinə yetirməyə davam edəcəyini bildirib. Ukraynanın irəlilədiyi Xarkovun şərq hissəsi müharibənin əvvəllərində tez bir zamanda Rusiyanın nəzarətinə keçmişdi. Bölgədən gələn bəzi məlumatlara görə, buraya irəliləyən Ukrayna qoşunları Rusiya üçün mühüm təchizat şəhəri olan İzyuma yaxınlaşıb.

//Safura Bənnayeva, Editor.az