Maradonanı öpdü, qol vurdubackend

Maradonanı öpdü, qol vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina çempionatının son turunda “Boka Xuniors” – “Gimnasiya” matçında maraqlı hadisə olub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, “Boka Xuniors”un futbolçusu Karlos Teves oyun başlamazdan əvvəl rəqib komandanın baş məşqçisi, əfsanəvi futbolçu Dieqo Maradonanı öpüb. Daha sonra meydana daxil olan oyunçu qol vuraraq komandasına qələbə qazandırıb.

Karlos Teves açıqlamasında Maradonanı öpməyinin ona uğur gətirəcəyini bildiyi üçün bu hərəkəti etdiyini deyib: “Dieqonu öpmək lazım olduğunu bilirdim. Bəzən şansı bu şəkildə axtarmağın lazım olur”.

Qeyd edək ki, “Boka Xuniors” sözügedən oyunda qalib gəlməklə 34-cü dəfə Argentina çempionu adını qazanıb.