backend

"Sədərək Yusif"in otelində kütləvi zəhərlənmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə kütləvi zəhərlənmə qeydə alınıb. “Ağsaray” şadlıq sarayında baş vermiş hadisə zamanı 10 nəfər zəhərlənib.
Belə ki, eyni masada oturan şəxslər toydan bir gün əvvəl xüsusi olaraq özləri üçün bir neçə çeşid yemək hazırlayıblar, lakin yeməklər soyuducuya qoyulmayıb. İlkin ehtimala görə, zərərçəkənlər həmin yeməklərin hansısa birindən zəhərlənib. (Report)
Yenicag.az-ın əldə etdiyi məlumata görə isə, sözügedən məkanın sahibi “Sədərək Yusif” kimi tanınan “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidir. Tez-tez mətbuatda barəsində heç də xoş olmayan xəbərlər yayılan Qədimbəyli, otel kimi də fəaliyyət göstərən “Ağsaray”ı 2015-ci ildə istifadəyə verib.