backend

Bütün telekanallar dil normalarını pozur – Nəticələr açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Monitorinqlər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi və “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində cari ilin iyun-iyul aylarında aparılıb.
Monitorinq İTV, ATV, “Space”, Xəzər, ARB, Lider televiziya kanallarında yayımlanan verilişləri əhatə edib.
Monitorinqin nəticələrinə əsasən, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə – istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinq nəticəsində qeydə alınmış 850 pozuntu faktından 371-i fonetik, 177-i leksik, 200-ü qrammatik, 104-ü isə üslubi səviyyədədir.
 ///Trend