backend

Axtarış-Xilasetmə qərargahı: "Dənizdə neftçi meyiti tapılıb"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Axtarış-Xilasetmə qərargahındən AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış, 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.