backend

Bakıda hovuzda gənc oğlan batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.
Editor.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:50-də başa çatıb.