backend

Mehman Əliyevə qarşı əlavə ittiham irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.
Vəkil Fuad Ağayev bildirib ki, M.Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Vəkilin sözlərinə görə, M.Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.
///APA