“Arsenal”ın prezidenti istefa verdi

23:49 | 29 May, 2020

“Arsenal”ın prezidenti Çips Kesvik istefa verib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu haqda London klubunun saytı məlumat yayıb.

Çips Kesvik 7 il “topçular”a rəhbərlik edib Bu ilin fevralında onun 80 yaşı tamam olub.

Qeyd edək ki, bundan sonra “Arsenal”ın Direktorlar Şurası dörd nümayəndədən – Sten Kronkedən, Joş Kronkedən, Lord Harrisdən və Ken Frayardan ibarət olacaq.

Mövzunu Facebookda şərh et