backend

Bakıda minik avtomobili ilə evakuator toqquşdu: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili və “Mercedes” markalı evakuator toqquşub.
Editor.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramizqızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.