backend

Bakıda 26 yaşlı gənc güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Bakıda tanışını güllələyən şəxs tutulub.
Sabunçu rayonu Balaxanı qəsəbəsi Gülüstan küçəsində 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlunu güllələyən şəxsin Dəmirli Mikayıl Hüseyn oğlu olması müəyyən edilib və o tutulub. M.Dəmirlinin hadisə vaxtı istifadə etdiyi silah götürülüb.
Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. E.Məhərrəmov əvvəllər Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə məhkum edilib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, E.Məhərrəmov özəl klinikalardan birinə köçürülüb.
///lent.az