Almaniya yığmasının sabiq forvardı karyerasını bitirdibackend

Almaniya yığmasının sabiq forvardı karyerasını bitirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Mario Qomes futbolçu karyerasını başa vurub.

Editor.az matc.az-a istinadən bildirir ki, o, ötən gün “Ştutqart”ın heyətində peşəkar karyerasında sonuncu matçını keçirib.

İkinci Bundesliqada mövsümün son turu çərçivəsində “Darmştadt” ilə ev oyununa start heyətdə başlayan 34 yaşlı forvard, 82-ci dəqiqədə əvəzlənib. Komandasının 1:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda meydan sahiblərinin yeganə qolunu da məhz Qomes vurub.

Mario peşəkar futbolçu karyerasına məhz “Ştutqart”da başlayıb. Daha sonra o, “Bavariya”, “Fiorentina”, “Beşiktaş” və “Volfsburq” kimi klublarda da çıxış edib. 2017/18 mövsümünün dövrələrarası fasiləsi zamanı isə o, yenidən “Ştutqart”a qayıdıb.

Qeyd edək ki, Qomes üç dəfə Almaniya çempionu olub. O, 2010-cu ildə Almaniya millisinin heyətində dünya çempionatının bürünc medallarını qazanıb. Almaniyalı hücumçu 2015/16 mövsümündə “Beşiktaş”la da Türkiyə çempionu adını qazanıb, 26 qolla çempionatın bombardiri olub.