backend

Nazim yenidən Türkiyəyə müayinəyə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Faytonçu” ləqəbli müğənni Nazim Pişyari səhhətindəki problemlə bağlı yenidən Türkiyəyə yollanıb.
Sənətçi sağlamlığı ilə bağlı xəbərləri İnstaqramda bölüşüb.
O bildirib ki, həkim artıq heç bir ciddi problemin qalmadığını deyib:
“Bütün dostlarımı, qohumlarımı, ailəmi, məni sevənləri sevindirməyə tələsirəm. Yoxlanışdan keçdim, nəticə əla oldu. Sağlamam… Bütün həkimlərimə təşəkkür edirəm”.
Qeyd edək ki, nazim öd kisəsindən əməliyyat olunub. Həkim səhvi nəticəsində o, 12 saat əməliyyatda qalıb, daha sonra ona yalandan xərçəng diaqnozu qoyulub. Sağlamlığında ciddi problemlər yaranan müğənni İsrail və Türkiyədə müalicə alıb, bir neçə dəfə əməliyyat olunub.
///axşam.az