backend

Vaqif Aydınoğlu ATV-nin vitse-prezidenti oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.
Editor.az Unikal.org-a istinadən xəbər verir ki, yeni prezident Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.
O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.
Vaqif Aydınoğlu  təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib:
“Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”.