backend

Telman İsmayılov axtarışa verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətindəki “Abramtsevo” bazarına nəzarət edən “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının (MCQ) avtoritetlərinin qətlə yetirilməsində Telman İsmayılovun ailəsi şübhəli bilinir.
Bu barədə “Rosbalt” məlumat verir.
Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt”a bildirib ki, T.İsmayılova məxsus “Çerkizov” bazarının bağlanmasından sonra onun ailə üzvləri ticarətlərini davam etdirmək üçün yeni obyektlər axtarıblar və Moskva vilayətindəki “Abramtsevo” bazarı onların diqqətini cəlb edib.
Bu bazar isə “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetləri və onlara yaxın biznesmenlərin nəzarəti altında olub. Bu ərəfədə həmin qruplaşmaların liderləri bir-bir qətlə yetirilib. Şahidlərin istintaqa verdiyi ifadəyə əsasən, hücumların arxasında T.İsmayılovun ailəsinin dayandığını söyləməyə əsas var.
“İş üzrə yalnız Telman yox, həm də onun övladlarının adları hallanır. Telman İsmayılovun tezliklə axtarışa verilməsi ehtimalı var”, – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

///Report