Prezident İlham Əliyev Qırğızıstanın yeni seçilmiş Prezidentini təbrik edib

02:18 | 17 Oktyabr, 2017

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli cənab Jeenbekov, Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
//Trend