backend

İntiqam Babayev: "Bu dövlət başçısının gənclərə etimadının bariz nümunəsidir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 24-də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərlə iş üzrə əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışaraq deyib: “Üçüncü dəfədir ölkəmizdə gənclər sahəsi üzrə Dövlət Proqramı qəbul olunub. Əvvəlki təcrübədən yararlanaraq bu Dövlət Proqramında da gənclərin maraqları tam təmin olunub. Hazırda bu sənədin icrası ilə bağlı müzakirələr aparılır və gənclər bu prosesdə fəal iştirak edirlər”.
Nazir müavini bildirib ki, gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, dövlətimizin başçısının gənclərə etimadının bariz nümunəsidir. Belə sənədlərin qəbulu və icrası həmişə gənclərin iştirakı ilə ictimai müzakirəyə çıxarılır. Bu da gənclərin maraqlarının tam təmin olunmasına hesablanıb. Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, İnkişaf Strategiyası və Dövlət proqramları var. Bunların nəticəsində respublikamızda yeni alimlər, menecerlər, informasiya texnologiyaları üzrə mühəndislər, elm və incəsənət sahəsi üzrə peşəkar gənclər formalaşıb”.
//Editor.az