backend

Deputatın qardaşı oğlu məhkəmədən azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Vahid Əhmədovun dələduzluqda təqsirləndirilən qardaşı oğlu Namiq Əhmədovun məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə  N.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq olunaraq, ona şərti cəza verilib və 2 il sınaq müddəti seçilib.
Qeyd edək ki, ittiham aktına görə, N.Əhmədov vətəndaşların 30 min manata yaxın pulunu alıb. O, verdiyi vədə əməl etməyib. Zərərçəkənlərin şikayəti əsasında N. Əhmədov həbs edilib.
Məhkəmə dövründə dəymiş ziyan tam ödənilib.
Onu da qeyd edək ki, Namiq Əhmədov deputat Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.
///lent.az