Tarix: 00:38, 2 Noyabr, 2012
DÜNYA | Oxunub: 75

Qasırğaların adlarını kim qoyur?

Qasırğalara texniki yox, insan adlarının qoyulması çaşqınlıq yaratmamaq və onları asan yadda saxlamaq üçündür. Bəs bu adları onlara kim verir?

Şayiələrə görə, tropik siklonlara siyasətçilərin və ya Titanik gəmisində batanların adları verilir.

Həqiqət isə bunlardan tam uzaqdır.

Atlantik tropik siklonlarının adlarının siyahısı, 1953-cü ildə Mayamidə Milli Qasırğa Mərkəzi tərəfindən tərtib edilib və bu adlar qasırğaların sürəti saatda 119 kilometrə çatanda verilir.

Ancaq bu siyahını Cenevrədə mənzillənən BMT-nin Dünya Meterologiya Təşkilatı yeniləyir.

Siyahı əlifba sırası ilə hazırlanır. Məsələn, 2012-ci ildə ilk tropik siklon Alberto adlandırılmışdı və artıq növbə Sandy adına çatıb.

Bundan sonrakıların adı isə Tony, Valerie və William olacaq.

Hər il adlar altı siyahıya uyğun rotasiya edilir və ilk qasırğanın adı “A” hərfi ilə başlayır.

Rotasiya siyasəti ondan ibarətdir ki, məsələn, 2011-ci ildə qasırğa adları 2005-ci ildəki adlara uyğun olub. Məsələn, ötənilki Katia qasırğasının adı 2005-ci ildə Amerikada 2000 insanın ölümünə səbəb olmuş Katrina qasırğasının adına uyğun seçilmişdi.

//Milli.az