2 gün yağış yağacaq, külək əsəcəkbackend

2 gün yağış yağacaq, külək əsəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Editor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, yanvarın 8-9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: “Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi 9-u axşam arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 9-12 dərəcə arasında dəyişəcək”.
Onun sözlərinə görə, yanvarın 8-9-da əksər rayonlarda hava şəraiti əsasən, yağmursuz keçəcək: “Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 3-6 dərəcə arasında dəyişəcək”.