Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.
Qeyd olunur ki, gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb.
Batan gəmidə 20 nəfərin olduğu deyilir.
//Trend