“WhatsApp”da hər kəsin gözlədiyi – YENİLİKbackend

“WhatsApp”da hər kəsin gözlədiyi – YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.

Editor.az AzərTac-a istinadən bildirir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.

“Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər”, – deyə o bildirib.

Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barələrində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.

Xatırladaq ki, əvvəllər “WhatsApp” messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.