Moskvada bağlanan “İnam” məscidi azərbaycanlılardan alındıbackend

Moskvada bağlanan “İnam” məscidi azərbaycanlılardan alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan “İnam” məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.
Editor.az report-a istinadən xəbər verir ki, bir neçə gündür texniki səbəblərə görə bağlı olan məscid artıq azərbaycanlıların məscidi kimi yox, ümumi məscid olaraq bu gün fəaliyyətini bərpa edib.
Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan Orta Asiyadan olan iş adamı Rəşid Bəyazidov yardım edib. R.Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb. Hazırda məscid R.Bəyazidovun şəxsi əmlakıdır.