Azərbaycanda məktəbdə biabırçılıq: Direktorla valideyn saçyolduya çıxdı – VİDEO

11:39 | 9 Fevral, 2019

Sosial şəbəkədə məktəblərdən birində valideynlə direktorun əlbəyaxa davası olan video yayılıb.

Editor.az xəbər verir ki, videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Ətrafda olan digər şəxslər onları güclə ayırıblar.

İddia olunur ki, hadisə Gəncə şəhərində yerləşən “10” nömrəli məktəbdə qeydə alınıb.