“Ədiblərin xatirə məclisi” gəncləri “Cavid işığına” topladıbackend

“Ədiblərin xatirə məclisi” gəncləri “Cavid işığına” topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Aygül Niftiyevanın rəhbəri olduğu “Ədiblərin xatirə məclisi” layihəsi çərçivəsində daha bir tədbir keçirilib.
Editor.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir görkəmli ədib, yazıçı və dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunub. Tədbirdə universitetin 50-dən artıq tələbəsi iştirak edib.
Böyük ədibin həyat və fəaliyyətindən bəhs olunan slaydın nümayiş olunduğu tədbirdə ədəbiyyatşünas alim, akademik Kamran Əliyev və Sosial Media Mərkəzinin direktoru, jurnalist Azər Niftiyev Hüseyn Cavidin ədəbi fəaliyyəti ilə bağlı geniş mühazirə söyləyiblər.
Tədbirdə iştirak edən tələbələrə layihə ilə bağlı çap məhsulları və sertifakatlar təqdim olunub. Rəsmi hissədən sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.